“Bayramda böyük şəhərlərə gediş-gəliş şərtləri sərtləşdirilə bilər”-Deputatbackend
Gündəm
368

“Bayramda böyük şəhərlərə gediş-gəliş şərtləri sərtləşdirilə bilər”-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının yenidən artıb.
2 gün öncə yoluxma sayının 400-ü ötməsi cəmiyyətdə narahatlığı daha da artırıb. Rəqəmlərin bu həddə çatması karantin şərtlərinin yenidən sərtləşdirilməsini gündəmə gətirib.
Bəs görəsən, Azərbaycanda yenidən sərt karantin rejimi gözlənilir?
AZXEBER.COM bu sualla Milli Məclisin deputatı Müşfiq Cəfərova müraciət edib.
Deputat yoluxma hallarının daha da artacağı təqdirdə yenidən qapanmalara gedilə biləcəyini deyib:

“Ötən aylarda da göründüyü kimi karantin şərtlərinin sərtləşdirilməsi əsasən bayram günlərində müşahidə olunub. Bu da böyük şəhər və rayonların giriş-çıxışlarının bağlanmasna səbəb olub. Yoluxma sayı artarsa, ən pis halda böyük şəhər və rayonların giriş-çıxışları bağlana bilər”.
Müşfiq Cəfərovun sözlərinə görə, karantin şərtlərinə əməl edilməsə, karantin sərtləşdiriləcək: Ötən günün yoluxma statistikası isə əvvəlki günlərdən bir qədər aşağı oldu. Yoluxma sayını dörd rəqəmliyə çatmasına yol verə bilmərik. Düşünürəm ki, vaksinasiya prosesinə daha çox şəxs cəlb edilərsə, bu, yoluxmanın artmasının və yenidən yoluxma hallarının qeydə alınmasının qarşısını ala bilər”.
Deputat bayram günləri öncəsi rayonlara gediş-gəlişin məhdudlaşdırılmasını istisna etməyib:
Yaxın günlərdə Operativ Qərərgahın brifinqi gözlənilir. Burada Nazirlər Kabinetinin yeni qərarlar verəcəyi gözləniləndir. Düşünürəm ki, yoluxma sayı artarsa, rayonlara və böyük şəhərlərə gediş-gəliş şərtləri sərtləşdirilə bilər”.