“BAZARSTORE” MASALLIDA BELƏ KƏLƏK GƏLİR – FOTO/FAKTbackend
Cəmiyyət
626

“BAZARSTORE” MASALLIDA BELƏ KƏLƏK GƏLİR – FOTO/FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bazarstore” marketlər şəbəkəsinin Masallı filialında endirim kampaniyası fırıldaqla müşayiət olunur. TİA.Az-a göndərilən foto faktdan birində görünür ki, “Bazarstore” marketdə “Persil” yuyucu tozunun 24-30 iyun tarixlərində endirim kampaniyası elan olunub. Müştərilərə endirimli qiymətlərlə bu məhsul 6,50 manata təklif olunur. Lakin bu cəlbedici təklifə inanan istehlakçılar həmin yuyucu sevincək alaraq irəli düşdüklərini zənn edirlər. Amma marketin kassasında fərqli vəziyyətlə qarşılaşırlar. Belə ki, müştəriyə həmin “Persil” malları köhnə qiymətlə satılır. Sadəcə, alış-veriş edən əksər müştərilər buna fikir vermirlər və yalnız evə gəlib qəbzə baxanlara agah olur ki, onları aldadıblar. Kassalarda həmin mal endirimdən əvvəlki məbləğlə hesablanaraq satılır. Bu, həm istehlakçı hüquqlarını pozmaqdır, həm fırıldaqdır ki, saxtakarlıqla reklam kampaniyası aparılır. Hər halda mağazalar şəbəkəsi bu məsələyə aydınlıq gətirəcək.