“3 ildir bacım onkoloji xəstəlikdən əziyyət çəkirdi. Həyatdolu idi. Ona baxan deməzdi ki, xəstəlikdən əziyyət çəkir”.
APress.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova “Həmin Zaur” proqramında deyib. Bacısını itirən sənətçi 7 aydan sonra efirə çıxıb. O bildirib ki, həkimlər bacısı üçün vaxt qoyublarmış:
“Ailədə həkimlərlə mən görüşürdüm. Dedilər ki, bədəndə 20 faiz yer qalıb. Bədəni çürüyürdü. Həkim dedi ki, kimyaterapiya etsin, yaxşı olacaq. Bacım əməliyyatdan sonra istəmədi. Həkim dedi, kimyaterapiya etsə, yaralar olmayacaq. Amma etsə də, ömrünün az qaldığını söylədi”.
Dadaşova sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:
“Deyirlər, bacısı rəhmətə gedib oynayır, oxuyur. Hamımız bu həyatda qonağıq. Nə yaşayıram bilmirlər. Adamın yarasına duz səpməzlər”./Axşam.az