Bələdiyyə sədri oğluna 500 nəfərlik toy edib? – DİN-dən açıqlamabackend
Cəmiyyət
437

Bələdiyyə sədri oğluna 500 nəfərlik toy edib? – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi Buzovna bələdiyyə sədri Mətləb Əliyevin oğluna 500 nəfərlik toy mərasimi keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirib.

APress.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, sosial şəbəkələrdə sözügedən toy mərasimi ilə bağlı görüntülər yayıldıqdan sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları araşdırmaya başlayıb:
“Toy sahibi ilə də əlaqə saxlanılıb. Videogörüntüdə əks olunan hallar araşdırılıb. Toy görüntülərinə baxış keçirilib. Toy mərasiminin 500 nəfərin iştirakı ilə keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapmayıb”.