Bəşər Əsədə “Sputnik V” peyvəndi vuruldubackend
Dünya
302

Bəşər Əsədə “Sputnik V” peyvəndi vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Suriya Prezidenti Bəşər Əsəd yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.
APress.az xəbər verir ki, bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Haddad bildirib.
Onun sözlərinə görə, Suriya Prezidentinə Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndi vurulub.
Səfir qeyd edib ki, “Sputnik V” peyvəndi artıq Suriyada istifadəsinin üçüncü mərhələsindədir. Diplomat vurğulayıb ki, ilk mərhələdə ölkənin həkimləri və yüksək vəzifəli şəxsləri peyvənd olunub.
Sfera.az