Beyləqanda iki avtomobil toqquşub – Ölən və yaralananlar varbackend
Cəmiyyət
201

Beyləqanda iki avtomobil toqquşub – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi nətəcəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APress.az-ın məlumatına görə, hadisə Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayon Türklər kənd sakini, 1958-ci il təvəllüdlü Aydınov Murad Nupil oğlunun idarə etdiyi 11-BJ-137 dövlət nömrə nişanlı, VAZ-21011, Beyləqan rayon İkinci Aşıqlı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Hidayət Seyidimran oğlunun idarə etdiyi 11-BX-921 dövlət nömrə nişanlı, VAZ-2107 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ-21011” markalı avtmobilin sürücüsü dünyasını dəyişib. Digər maşının sürücüsü və avtomobildə olan sərnişinlər, Beyləqan rayon İkinci Aşıqlı kənd sakinləri – Pətiyeva Güləndam Kərim Qızı , Paşayeva Zülfiyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. //APA