Beyni əqli zəiflikdən necə qoruyaq? – TƏBİİ ÜSULbackend
Dünya
496

Beyni əqli zəiflikdən necə qoruyaq? – TƏBİİ ÜSUL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədqiqata görə, balıq, tərəvəz və zeytun yağı ilə zəngin olan Aralıq dənizi pəhrizi insan beynini Alzheimer xəstəliyinə səbəb ola biləcək zülalın yığılmasından və sıxılmasından qoruya bilir. Tədqiqatın nəticələri mayın 5-də Amerika Nevrologiya Akademiyasının “Neurology” Tibbi jurnalının onlayn-buraxılışında dərc edilib.

APress.az xəbər verir ki, tədqiqat zamanı amiloid və tau adlanan anormal zülallar öyrənilib. Amiloid sızanaq, tau isə yumaqcıq yaradan zülallardır. Onların hər ikisi Alzheimer xəstəliyi olan insanlarda aşkarlansa da, normal idraklı yaşlı insanların beynində də tapıla bilər.

Aralıq dənizi pəhrizinə yüksək miqdarda tərəvəz, paxla, meyvələr, dənli bitkilər, balıq və zeytun yağı, yağ turşuları, süd məhsulları və ət də daxildir.

“Bizim tədqiqatımız göstərir ki, tərkibi dolğunlaşmamış yağlardan, balıqlardan, meyvə və tərəvəzlərdən, aşağı tərkibli süd və ət məhsullarından ibarət olan pəhriz həqiqətən beyninizi yaddaş itkisindən və əqli zəiflikdən qoruya bilər”, – deyə Bonndakı alman neyrodegenerativ xəstəliklər mərkəzinin professoru, müəllif Tomazzo Ballarini söyləyib.

Əgər insanların onurğa beyninin amiloid və tau zülalına nəzər yetirsək, pəhrizə riayət etməyənlərdə riayət edənlərlə müqayisədə amiloid və tau biomarkerinin səviyyəsi daha yüksək olacaq. Yaddaş testlərinə gəldikdə, pəhrizə riayət edənlər, riayət etməyənlərdən pis nəticələr əldə ediblər.