Qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən aparıcı Seren Serengildən xəbər var.
Unikal.org xəbər verir ki, bir müddət əvvəl halı pisləşdiyi üçün aparıcısı olduğu “Söylemezsem olmaz” proqramından xəstəxanaya aparılan Seren səhhəti ilə bağlı açıqlama verib:
“Gündə 10-15 ədəd dərman içirəm. Amma bədənimdə qalmır. Ona görə də sistem vurdururam. Axmaqlığımdan bu vəziyyətə düşdüm. Yemək yediyim anda mədəm bulanır. Şəkərim düşür, beynimə oksigen getmir”.
Serengil işə getmədiyini, 8 günlük tətilə çıxdığını və hazırda Bodrumda olduğunu bildirib.
Xatırladaq ki, aparıcı dumping sindromundan (mədə qidanın qalmaması xəstəliyi) əziyyət çəkir.