Ələt-Astara magistralının Biləsuvar rayonunun Əsgərabad kəndindən keçən hissəsində avtomobil qəzası baş verib.
Əks istiqamətdə hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəzada “Mercedes” və “Opel” markalı minik avtomobillərində olan 5 nəfər xəsarət alıb. Biləsuvar rayon sakinləri – “Opel”in sürücüsü İmanov İmanəli Səmid oğlu, Şirəliyeva Mətanət Qəzənfər qızı, Salayev Miryusif İbrahim oğlu, Quluyev Rəşad Akif oğlu, Qarayev Nihad Ərzuman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar MRX-na yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. // “Qafqazinfo”