Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı – ŞOK PROQNOZbackend
Dünya
377

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı – ŞOK PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Microsoft”un qurucusu, milyonçu Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

APress.az xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilin sonunadək normal vəziyyətə qayıda bilər.
Qatıldığı televiziya proqramında sualları cavablayan Qeyts pandemiyanın səbəb olduğu inanılmaz faciəninin sona çatmasına kömək edəcəyini də vurğulayıb: “Biz 2022-ci ilin sonunda tamamilə normala dönmüş olmalıyıq”
Qeyd edək ki, Qeyts 2015-ci ildə verdiyi açıqlamada yer üzündə sürətlə yayılan bir virusun milyonlarla insanın ölümünə səbəb olacağını demişdi.
Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin adını daşıyan “Bill & Melinda Qeyts” vəqfi vasitəsilə COVID-19 epidemiyası ilə qlobal səviyyədə mübarizəni dəstəkləmək üçün ən az 1,75 milyard dollar vəd edib. Bu vəsaitə bəzi peyvənd istehsalçılarının, diaqnozların və potensial müalicələrin dəstəklənməsi daxildir.
Sfera