Binəqədidə 23 yaşlı gənc motosikletlə qəzaya düşdübackend
Cəmiyyət
20

Binəqədidə 23 yaşlı gənc motosikletlə qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APress.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Kamallı Tural Asim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobilə çırpılıb.

Hadisə yerində xəsarət alan motosikletin sürücüsü təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol topuğun və sol incik sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.