Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APress.az-a verilən məlumata görə, avqustun 9-da saat 22 radələrində Binəqədi rayonu ərazisində Qobustan rayon sakini Ş.Albabayev idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Şadman Şamilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.