İsmayıllı rayonunun Topçu kənd sakini, 28 yaşlı Həzi Zərbəliyev dostları ilə göldə çimərkən ehtiyatsızlıqdan suda batıb.
Baku TV xəbər verir ki, onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupunun əməkdaşları cəlb edilib.
H.Zərbəliyevin meyiti axşam saatlarında sudan çıxararaq ailəsinə təhvil verib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, H.Zərbəliyev bir ay öncə ailə həyatı qurubmuş.