“Bir az “ağlayıb” TƏBİB-dən qayğı gördüm” – Aytən Səfərovabackend
Şou
398

“Bir az “ağlayıb” TƏBİB-dən qayğı gördüm” – Aytən Səfərova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl koronavirusa  yoluxan  aparıcı  Aytən Səfərova  “Bizimləsən” proqramına telefonla bağlanaraq səhhəti barəsində məlumat verib.  

Unikal.org xəbər verir  ki,  aparıcı koronavirusdan sağaldığını, amma tez-tez panik atak keçirdiyini bildirib:

“Zarafat ediləcək bir xətəlik deyil.10 dəqiqədən sonra nəfəs elə darala bilər ki, insan yerində qala bilər. İnsan psixoloji olaraq güclü olmalıdır. “COVID-19”un sonuncu növü çox ağır bir ştammdır. İnsan panik atak keçirir. İndiyədək ürəyim tez-tez döyünür, dərmanlar qəbul edirəm. Kəfəni yarıb çıxandan sonra elə bil ikinci dəfə dünyaya gəldik. Yoluxmadan sonra həyata baxış bucağım dəyişdi”.

Həmçinin də  Aytən Səfərova  xəstəxanaya yerlşdirilməsindən danışıb:

“Müalicəmə əvvəlcə evdə davam etdim, lakin daha sonra həyat yoldaşımla “Yeni Klinika”ya aparıldıq. Azərbaycanda belə bir atalar sözü var: Ağlamayan uşağa süd vermirlər.  Bir az ağladığım üçün TƏBİB-dən diqqət və qayğını gördüm”.