Bir insanda bir neçə Covid-19 ştammı aşkarlandıbackend
Dünya
323

Bir insanda bir neçə Covid-19 ştammı aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlərin qənaətinə görə, pandemiyanı artıq koronavirusun mutasiyaya uğrayan növləri istiqamətləndirir.

APress.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar epidemiyanın qarşısını almaq üçün mutasiyaya uğrayan hər bir növün müəyyən edilərək aşkara çıxarılmasının vacibliyini irəli sürüblər.

Hər nə qədər koronavirus “Böyük Britaniya, Braziliya və Cənubi Afrika ştammları” formasında yayılsa da, elm adamları bu araşdırmalarda müəyyən çatışmazlıqlar olduğunu bildiriblər.

Sadəcə, Böyük Britaniya ştammının özündə daha 25, Cənubi Afrika ştammında isə 21 növdə mutasiyaya uğrayan virus aşkarlanıb.

56 xəstə üzərində aparılan araşdırmalardan sonra ümumilikdə onlarda 243 fərqli növdə mutasiyaya uğrayan koronavirus aşkar edilib. (axşam.az)