“Bir neçə ay ərzində…” – Bill Qeytsdən yeni koronavirus proqnozubackend
Dünya
255

“Bir neçə ay ərzində…” – Bill Qeytsdən yeni koronavirus proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Microsoft” şirkətinin rəhbəri, xeyriyyəçi Bill Qeyts COVİD-19-la bağlı yeni açıqlama verib.
APress.az xəbər verir ki, o yenidən virusun bitmə tarixindən söz açıb. Daha əvvəl də koronavirusla bağlı bir çox açıqlamalar verən B.Qeyts “həyat nə zaman normal vəziyyətə dönəcək?”, sualını cavablandırıb.
Onun sözlərinə görə, bu tarixi hadisə 2022-ci ilin sonlarında mümkün ola bilər.
“Peyvəndlər hazırda inkişaf etmiş ölkələrin inhisarındadır. Lakin bir neçə ay ərzində bu ölkələrdə peyvənd miqdarı istənilən səviyyəyə çatacaq” -, deyə “Microsoft”un rəhbəri qeyd edib.
B.Qeyts həmçinin bildirib ki, bu mərhələdən sonra inkişaf etmiş ölkələr peyvəndləri dünya ilə paylaşacaq və bu, pandemiyanın gedişinə çox əhəmiyyətli təsir göstərəcək.
Sfera.az