“15-20 il öncə tamaşaçılar bizi yalnız televiziya ekranlarında görürdülər, şərhlərin yazılmasına tribuna yox idi. Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm”.
APress.az bildirir ki, bunu Xalq artisti Zülfiyyə Xanbabayeva deyib. İfaçı qeyd edib ki, müğənnilərin həyatı hər zaman gözqamaşdıran və parlaq olmur:
“Bizim də problemlərimiz, “nə edim? necə edim?” düşünürək çarəsiz qaldığımız zamanlar olur. Amma biz sizin qarşınıza hər zaman pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Ən xoşbəxt və ya ən kədərli anlarınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir”.
Xanbabayeva həmçinin bildirib ki, müğənnilər səhvlər etsə də, göz qabağında olduqlarına görə bağışlanmırlar.
Sfera.az