Koronavirusun ilk günlərində Çinin lazım olanı etmədiyini düşünürəm.
APress.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Çin beynəlxalq ekspertlərə vaxtında giriş imkanı verməli, məlumat paylaşmalı və həqiqi şəffaflığı nümayiş etdirməli idi. Çin lazım olanı edə bilmədiyi üçün COVİD-19 çox asanlıqla nəzarətdən çıxdı. Başqa cür hərəkət etsə idi, nəticə bu qədər pis olmazdı”, – deyə Blinken bildirib.