BMT Baş katibi Antonio Quterreş Qəzza sektorunda və İsraildə dərhal gərginliyi azaltmağa və hərbi fəaliyyətlərə son qoymağa çağırış edib.
Bu barədə baş katib “Twitter” hesabında yazıb.
“Bayramın ruhuna hörmət üçün mən Qəzza sektoru və İsraildə gərginliyi azaltmağa və hərbi fəaliyyətləri dayandırmağa çağırış edirəm”, – deyə A.Quterreş bildirib.
O, qeyd edib ki, artıq çox sayda günahsız insan həlak olub.