Bakıda məlumat lövhəsində biabırçı səhvə yol verilib.
APress.az xəbər verir ki, bu səhvi əks etdirən fotonu jurnalist Vyaçeslav Sapunov sosial şəbəkədəki hesabında paylaşıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi əsasında və nəzarəti altında yerləşdirilən məlumat lövhəsində Ulu Öndər Heydər Əliyevin adı ingilis dilində düzgün yazılmayıb.
Bülbül prospekti yaxınlığındakı küçələrdən birində Heydər Əliyev Sarayı istiqamətini işarələyən lövhədə səhv buraxılıb.
Bundan əlavə, “Xarici İşlər Nazirliyi” yazısının ingilis dilində olan tərcüməsində də səhv var.
Həmin görüntünü təqdim edirik: //Baku.ws