Boğaziçi Universitetinə rektor təyin olunması etirazlara səbəb olan Melih Bulu vəzifəsindən azad edilibbackend
Dünya
370

Boğaziçi Universitetinə rektor təyin olunması etirazlara səbəb olan Melih Bulu vəzifəsindən azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin 1 yanvarında Ərdoğanın Boğaziçi Universitetinə rektor təyin etdiyi Melih Bulu 14 iyulda vəzifəsindən azad edilib.

Rektor təyinatından sonra tələbə və akademiklər 7 aydır ki, etirazlar keçirir. Onlar rektorun təyinatla yox seçki ilə seçilməsini tələb edir.

Digər universitetlər də aksiyalara dəstək verib. Nümayişlər zamanı çox sayda tələbə saxlanılıb. Polis etirazçılara qarşı zorakılıq edib, onlarla tələbi saxlanılıb. Saxlanılanlar ev həbsinə məhkum edilib.

Melih Bulu təyinatla gələn ilk rektor deyil

Universitetdə ilk dəfə 2016-cı ildə seçki ilə yox, təyinatla rektor seçilib. O dövrdə Boğaziçi Universitetində rektorluq seçkilərində Gülay Barbarosoğlu, 86% səs alaraq universitet tarixinin rekord qırıb. Bu seçkilərdə namizəd olmayan Prof. Dr. Barbarosoğlunun yerinə Mehmed Özkanın təyin olunması etirazlara səbəb olub.

Melih Bulu kimdir: Boğaziçi Universitetindən əvvəl Haliç Universitetinə rektor təyin edilıb. Siyasi kayerası olan Melih Bulu 2002-ci ildə AKP Sarıyer təşkilatının qurucusu olub. 2015-ci ildə AKP İstanbul Millət vəkilliyinə namizəd olaraq seçkilərə qatılıb.