Boris Conson müsəlman qadınlardan üzr istədibackend
Dünya
354

Boris Conson müsəlman qadınlardan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniyanın Baş naziri Boris Conson əvvəllər müsəlman qadınlarla bağlı verdiyi açıqlamalara görə üzr istəyib, ifadələrinin inciklik və qəzəb yaratdığı üçün təəssüfləndiyini dilə gətirib.
Bu barədə “Anadolu” agentliyi xəbər verib.
“Dediklərimə görə müəyyən bir inciklik olduğunu bilirəm. İnsanlar mənim mövqeyimdə olan birindən doğru hərəkət gözləyirlər, amma mediada fikirləri aydın ifadə etməlisən. Sözün açığı, yaşatdığım hər incikliyə görə peşmanam. Bu gün də əvvəllər olduğu kimi eyni təhqiramiz ifadələri istifadə edərdimmi? Xeyr, çünki Baş nazirəm ”, – deyə Conson bildirib.
Qeyd edək ki, Conson Britaniyanın “The Telegraph” qəzetində 2018-ci ildə yazdığı bir məqalədə burka və niqab geyinən müsəlman qadınları poçt qutuları və bank soyğunçuları ilə müqayisə etmişdi.