“Bravo”da erməni hərbi çantaları satılır – İDDİA- FOTObackend
Cəmiyyət
481

“Bravo”da erməni hərbi çantaları satılır – İDDİA- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın 20 Yanvar ərazisində yerləşən “Bravo” supermarketdə satılan hərbi çanta ermənistan ordusunun istifadə etdiyi rəngdədir və üzərində “Ararat” (ermənilər Ağrıdağına “Ararat” deyirlər – red.) sözü yazılıb.

Belə bir iddianı Fariz Həsənli adlı sosial şəbəkə istifadəçisi səsləndirib.

Fariz Həsənli sosial şəbəkə hesabında paylaşdığı fotonu və yazdığı sözləri olduğu kimi təqdim edirik:

“Bravo 20 Yanvar. Erməni hərbi kamuflyajı. Ararat sport. Ağrı dağı loqosu. Bilərək ediblərsə deyəcək söz yoxdur. Bilməyərək ediblərsə ölkə reallığı, gündəmi və həssaslığından nə qədər uzaq olduqlarının sübutudur. Üçüncü, daha optimist variant axtarıram. Siz nə düşünürsüz?” /anews.az//