Braziliya prezidenti canlı yayımda məhkəmə sədrini TƏHQİR ETDİbackend
Dünya
341

Braziliya prezidenti canlı yayımda məhkəmə sədrini TƏHQİR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya prezidenti Jair Bolsonaru “Facebook” səhifəsində paylaşdığı canlı yayımda ölkənin Ali Seçki Məhkəmə sədrini təhqir edib.

Unikal.org xəbər verir ki, buna səbəb ölkənin səsvermə sisteminin saxtakarlığa meylli olduğu iddiasıdır. Belə ki, prezident bu mövzuya münasibət bildirərkən çıxışı zamanı sədrə “O uşaq”,- deyə müraciət edib.

Bundan sonra məhkəmə sədri Bolsonarunun şərhinə cavab olaraq, “səsvermə sisteminin saxtakarlığa meylli olduğu iddiası”nı layiqincə araşdırılacağını  bildirib.

Qeyd edək ki, ölkədə Bolsonarudan narazılıq dərəcəsi keçən ay ən yüksək səviyyəyə çatıb. “XP/Ipespe”  tərəfindən sorğulananların təxminən 52 faiz braziliyalı Bolsonaru hökumətindən narazı olduqlarını  bildiriblər.