Brilliant Dadaşova Türkiyədə “ər axtaran” bacısından danışdıbackend
Şou
357

Brilliant Dadaşova Türkiyədə “ər axtaran” bacısından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rafael icazə vermirdi Sədaqət efirə çıxsın. Onun daxilində bir aktrisa bacarığı vardı. Rafael də, Sədaqət də qısqanc idi. Belə şeylərə görə onlar 22 il sonra ayrıldılar. Küsüb, barışa-barışa yaşayırdılar”.

APress.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Elgizlə izlə” proqramında deyib.

O, Türkiyədə “Zühal Topalla izdivaç” proqramına qatılan bacısından danışıb:

“Sədaqət Türkiyəyə getmişdi. Oğlum orada çalışırdı, Sədaqət xanım da ora həkimə getmişdi. Oğlumun dostuna deyib ki, məni də evlənmə verilişinə qeydiyyatdan keçir, bəlkə orada rejissorlar görər, filmə dəvət edərlər.

Oğlan da menecerə zəng edib, müqavilə bağlayıb, Sədaqət xanıma 5 min dollar veriblər.

Yazılıb ki, müqavilə pozular, danışa bilməzsən. Sədaqət də çıxdı efirə. Ona dedim ki, Rafaelin də xoşuna gəlməyəcək. Hər şey mənim boynumda qalacaq. Elə mənim boynumda da qaldı. Orada ona demişdilər ki, nə edirsiniz edin reytinq olsun”.

Xatırladaq ki, Sədaqət Dadaşova Rafael Dadaşovun həyat yoldaşı olub.

bizim.media