Estoniyanın Kinhu adası qadın sakinlərinə görə gündəmə gəlib.
APress.az xəbər verir ki, ada yalnız qadınlardan ibarətdir. Belə ki, 400 qadın sakini olan adaya kişilərin girişi qadağandır. Qadınlar kişilərə aid olan bütün məşğuliyyətləri öz üzərilərinə götürərək, icra edirlər.
19-cu əsrdə adada yaşayan bütün kişilərin balıq ovlamaq üçün getməsi və uzun zaman onlardan xəbər alınmaması qadınları qəzəbləndirib. O zamandan bəri kişilərin adaya girişi qadağa olunub.
Bundan sonra ada sakinlərinin kənara çıxışı olsa da, adaya girişi tamamilə qapadılıb. Eston xalqının tarixi adət-ənənələrini yaşadan qadınlar geyim tərzləri, işləri və mətbəx təamlarını yaşatmaqla turistlərin diqqətini cəlb edir.
Unikal.org