“Xalq ulduzu” müsabiqəsindən tanınan müğənni Şəhla Həmidova özünə yeni iş tapıb.
APress-ın məlumatına görə, ifaçı bu barədə “Xəbər-ətər” verilişində bildirib:
“Bir ildən çoxdur ki, toy yoxdur. Həyat çox qəribədir. Mən indi gözəllik salonunda administrator işləyirəm. Allahıma çox şükür edirəm ki, efirə gec-gec çıxsam da, tamaşaçılar məni unutmayıb. Gözəllik salonuna gələnlər də məni tanıyır”. /Lent.az