“Bəzi həkimlər adını hardasa eşitdiyi dərmanı xəstəyə verir, sonra pasient ağırlaşır”.
Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov bildirib. Mütəxəssis koronavirus xəstələrinin yalnış həkimlərə müraciət etməsindən danışıb:
“Elə həkimlər var ki, aidiyyatı olmayan dərmanları reseptə yazıb doldururlar, xəstə daha da sıradan çıxır. Əgər koronavirusa yoluxmuş şəxslər mütəxəssisə müraciət etsələr, bu qədər ağırlaşmalar olmaz. Mütəxəssis dedikdə yoluxmuş insanların infeksionistlərə, terapevtlərə müraciətini nəzərdə tuturam. Cərrah yoluxmuş şəxsə nə edə bilər ki? Onların işi kəsib-doğramaqdır. Məsələn, mən bir insanı əməliyyat edə bilmədiyim ki, cərrah və digər sahə həkimləri də xəstəliyin xarakteristikasına bələd deyil, müalicə üsullarını bilmirlər. Xəstə bəzi belə həkimlərdən daha yaxşı bilir ki, hansı dərmanı içmək olar hansını yox”.
İ.Bayramov bəzi dərmanların ağırlaşmaya səbəb olduğunu da qeyd edib:
“Hardasa dərman adı eşidib xəstəyə verirlər, sonra da vəziyyət ağırlaşır. Məsələn, bəzən xəstəyə aspirin verirlər ki, bu da mədə bağırsaq problemi olan şəxslərdə vəziyyəti daha da ağırlaşdırır. Bundan başqa əksər antibiotiklər ağciyərə əks təsir göstərir. Yoluxduğunu öyrənən və həkimə müraciət edən şəxsləri diqqətli olmağa çağırıram. Stomatoloqa yaxud cərraha müraciət etməyin, mütəxəssisə yoxlanın”.