Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlə Kabinetinin iclası keçiriləcək.
APress.az xəbər verir ki, iclasda koronavirus pandemiyası ilə bağlı bir sıra qərarların veriləcəyi gözlənilir.
Türkiyədə yoluxma sayının artması və qarşıdan gələn Ramazan ayı ilə bağlı karantin qaydalarının sərtləşdiriləcəyi, bir sıra məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.
Qeyd edək ki, ötən gün Türkiyədə koronavirusa 29 mindən çox yeni yoluxma qeydə alınıb.
redaktor.az