Bu gündən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.
APress.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.