Rayonlara avtobusların fəaliyyəti bərpa olunduqdan sonra sərnişinlər avtovağzalda yoxlanışdan keçəcək.
APress.az xəbər verir ki, bu sözləri Axar.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.
O bildirib ki, sərnişinlər yoxlanışdan keçəndən sonra səhhətində ciddi problemləri olanlar avtobus salonuna buraxılmayacaq: “Bu halda onların biletləri ya qaytarılacaq, ya da dəyişdiriləcək”.