Bu həftə dərslərin dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend
Təhsil
283

Bu həftə dərslərin dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb.

APress.az xəbər verir ki, Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib.

Məktəbdən məlumatı təsdiqləyiblər. Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.

Bundan başqa, Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb. buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Bunaq qədər də artıq bir neçə təhsil müəssisəsi koronavirus səbəbindən bağlanıb və təhsil distant formaya keçirilib.

Bu səbəbdən də sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı söz-söhbət səngimir. Artıq bu məsələyə bir neçə dəfə rəsmi münasibət öyrənsək də, növbəti dəfə buna toxunmağa məcbur olduq.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxlanılıb. Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

“Təhsil Nazirliyi informasiyaya açıq qurumdur. Əgər hansısa hadisə barədə qərar verilərsə, təbii ki,, bu barədə açıqlama veriləcək. Ən azından bu barədə məlumat veriləcək.

Hazırda Azərbaycanda dərslər öz axarı ilə davam edir. Ölkədə 4400 çox məktəb var. Bu məktəblərin hansındasa virus aşkarlananda, dərhal müəyyən edilir. Bununla bağlı müasir qaydada tədbir görülür. Dərslər distant formaya keçirilir.

Belə lokal qapanmalar olsa da, təhsil müəssisələrində hazırkı yoluxma səviyyəsi təhlükəli hədd deyil. Bununla bağlı təhsil müəssisələri ilə təlimlər, maarifləndirmə işləri aparılır. Cəmiyyətə baş verən hadisələr barədə operativ məlumatlar verilir. Xüsusi gərginliyə ehtiyac yoxdur.

Hər kəs bilir ki, hansısa məktəbdə yoluxma qeydə alınan zaman valideynlərlə əlaqə saxlanılır. Həmin şagird və ya müəllim lokallaşdırılır.

O şəxs karantinə götürülür. Karantin müddəti bitdikdən sonra yoluxmuş şəxs yenidən test verir. Cavab neqativ çıxdıqdan sonra həmin şəxs təhsilə davam edir. Dünyada da, Azərbaycanda da belədir”, – deyə Cəsarət Valehov bildirib. //Baku.ws