“Qafqaz Müsəlmanlar Şurasının Qazilər Şurasının verdiyi fətvaya əsasən fitrə minimum 5-10 manat civarındadır”.
Bunu Sfera.az-a açıqlamasında ilahiyyatcı Hacı Surxay Məmmədli bildirib. İlahiyyatçının sözlərinə görə məbləğ bayram günü günortayadək ehtiyac sahibinə təqdim olunmalıdır:
“Bu məbləğ 3 kq kişmiş, 3 kq buğda, 3 kq un məmulatını əhatə etməlidir. Bu il bayram ayın 13-nə təsadüf edir. Fitrə bayram günü günortayadək ehtiyacı olan insanlara təqdim edilməlidir. Ramazan bayramı anlayışında “mən” anlayışı yox, “biz” faktoru önəm daşıyır. Yediyimiz zaman yox, yedirdiyimiz zaman, geyindiyimiz zaman yox, geyindirdiyimiz zaman bayram olur. Fitrənin verilməsi insanın bir illik sağlamlığı üçün zəmanətdir. Oruc tutan da, tutmayan da fitrəni verməlidir”.
İlahiyyatçının sözlərinə görə evə qonaq gələrsə, həmin şəxsin fitrəsi ev sahibi tərəfindən ödənilir:
“Əgər insanın borcu varsa, o fitrə verməməlidir. Ailə başçısı maddi imkanınına uyğun hər ailə üzvünə görə minimum 5 manat civarında, imkanlıdırsa, 20 manat civarında fitrə ayıra bilər. Bundan əlavə, bayram axşamı, yəni mayın 12-i evə qonaq gəlirsə, onda həmin şəxslərin də fitrə zəkatı ev sahibinin üzərinə düşür”.