Sabahdan 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini – “Memar Əcəmi” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
APress.az xəbər verir ki, marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
– Dairəvi, Binəqədi qəs. (Binəqədi rayonu);
– 4-cü məhəllə,Biləcəri qəs. (Binəqədi rayonu);
– Asəf Zeynallı, döngə 1/1 (Binəqədi rayonu);
– Xaqani küç, Biləcəri qəs. (Binəqədi rayonu);
– Əhməd Qasımov küç (Binəqədi rayonu);
– Yəhya Hüseynov 16 (Binəqədi rayonu);
– Rəşid İsmayılov 56 (Binəqədi rayonu);
– Asif Məhərrəmov 1 (Nəsimi rayonu);
– Asif Məhərrəmov 76A (Nəsimi rayonu).