“Bu məsələdə mənə güvənməyin” – Makrondan nüvə açıqlamasıbackend
Dünya
316

“Bu məsələdə mənə güvənməyin” – Makrondan nüvə açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron ölkəsinin 30 il ərzində 100 mindən çox insana təsir edən 193 nüvə sınağına görə Polineziyaya borclu olduğunu bildirsə də, buna görə üzr istəməyib.

Sfera.az xəbər verir ki, Emmanuel Makron Sakit Okeanda yerləşən Fransa Polineziyasına səfəri zamanı 1966-1996-cı illər arasında ölkəsinin bölgədə apardığı 193 nüvə sınağının yerli xalqın sağlamlığına təsir etdiyini və ölkəsinin buna görə Polineziyaya borclu olduğunu diqqətə çatdırıb.
O, nüvə sınaqları qurbanlarının təzminat iddialarını araşdırmaq üçün işlərin sürətləndiriləcəyini bildirib.
Fransa prezidenti çıxışından əvvəl 193 Nüvə Əleyhinə Dərnək üzvünə səslənib. O, bu günədək hər hansı məlumat vermədən onlara yalan danışıldığını nəzərə almalarını və bu səbəblə ona da bu məsələdə güvənməmələrini istəyib.
O, sınaqları həyata keçirən əsgərlərin onlara yalan danışmadıqlarını, sadəcə həmin müddətdə ordunun nəzərə almadığı risklərin olduğunu bildirib.
Makron yerli dərnəklərin tələb etdiyi kimi Fransa adından rəsmi formada üzr istəməyib.
Qeyd edək ki, 1966-cı ildən 1996-cı ilədək Fransa Mururoa və Fanqataufa adalarında gizli nüvə sınaqları həyata keçirib və yalnız yerli sakinlərin kütləvi etirazlarından sonra bu sınaqlar dayandırılıb.