Bu ölkədə pandemiyaya görə 4-cü səhiyyə naziri də istefa verdibackend
Dünya
331

Bu ölkədə pandemiyaya görə 4-cü səhiyyə naziri də istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Baş naziri Andrej Babis ölkənin Səhiyyə naziri Petr Arenberqerin ona telefonla zəng edərək istefasını təqdim etdiyini bildirib.

APress.az xəbər verir ki, o bu haqda Brüsseldə Avropa İttifaqı liderlərinin iştirakı ilə keçirilən sammitdə danışıb.

Bundan əvvəl Praqa Universitetinin xəstəxanasına rəhbərlik edən Petr Arenberqer 7 apreldə nazir olaraq vəzifəsinə başlamışdı. O, son vaxtlar qeyri-qanuni vergi bəyannaməsi saxtakarlığı ittihamı ilə ölkə mediası tərəfindən tənqidlərə məruz qalırdı.

Nazir vergi idarəsinə bildirmədiyi daşınmaz əmlakı universitetə icarəyə verməkdə də ittiham olunurdu.

Baş nazir Andrej Babis pandemiyanın başladığı vaxt ölkənin səhiyyə naziri vəzifəsini həyata keçirən Adam Vojteçi yenidən bu vəzifəyə gətirəcəyini açıqlayıb.
Arenberqerdən öncə nazir olan Can Blatni COVID-19 xəstələrinin müalicəsində alternativ dərmanların istifadəsi istiqamətində sərt qaydalara görə və Avropa İttifaqının təsdiqləmədiyi Rusiya peyvəndi “Sputnik V”ni təsdiqləməkdən imtina etməsindən sonra ona yönələn tənqidlərin artması səbəbilə vəzifəsindən istefa vermişdi.