Bu ölkədə sosial məsafə tələbi LƏĞV EDİLİRbackend
Dünya
268

Bu ölkədə sosial məsafə tələbi LƏĞV EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 əleyhinə çox sərt tədbirlər görməklə yanaşı, peyvənd prosesini də böyük sürətlə davam etdirən Böyük Britaniyada normallaşmaya doğru atılan addımlar davam edir.

APress.az xəbər verir ki, ölkədə iyunun 21-dən etibarən bir metr sosial məsafə tələbinin ləğv edilməsinə qərar verildiyi bildirilir.
Bu barədə Böyük Britaniyanın məşhur “The Times” qəzeti yazıb.
Hökumətə yaxın mənbənin qəzetə verdiyi məlumata əsasən, iyunun 21-dən sonra ölkədə pub, restoran, teatr və kinoteatrlar açılacaq və azı 1 metr sosial məsafənin gözlənilməsi tələbi ləğv ediləcək.
Qəzet maska taxma tələbinin hələ də qüvvədə qalacağını, ictimai iaşə obyektlərinin və müəssisələrin 15 aydan sonra ilk dəfə tam gücü ilə fəaliyyətə başlayacağını bildirib.
Məlumatda qeyd olunur ki, kinoteatrlara və teatrlara gedən tamaşaçıların da maska taxması məcburi hesab olunacaq.
Sfera.az