Qarşıdan gələn turizm mövsümündən əvvəl Yunanıstan, bəzi ölkələr üçün 7 günlük məcburi karantininin ləğvi barədə qərar verib.
APress.az xəbər verir ki, Yunanıstan Mülki Aviasiya İdarəsi tərəfindən yayımlanan sənəddə ABŞ, Şengen ölkələri, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, İsrail və AB üzv ölkələrində daimi yaşayış icazəsi olan üçüncü ölkə vətəndaşları 26 aprel tarixindən etibarən 7 günlük karantin qaydalarından azad ediliblər.
Sənəddə bildirilib ki, turistlər ən azı 14 gün əvvələ aid neqativ test nəticəsini təqdim etməklə rahat şəkildə ölkədə istirahət edə biləcəklər.
Məlumatda digər ölkə vətəndaşları üçün karantin müddətinin dəyişmədiyi qeyd olunub.
Sfera.az