Çexiya Səhiyyə Nazirliyi təcili və əvvəlcədən qərarlaşdırılmış səfərlər xaricində ölkə vətəndaşlarına Rusiya və Tunisə səfərləri qadağan edib.
APress.az xəbər verir ki, buna səbəb hər iki ölkədə koronavirusa yoluxanların sayının sürətlə artmasıdır. Hətta bu gedişlə Misirə də səyahət etməyə qadağa qoyula bilər. Çünki son günlərdə bu ölkədə də virusa yoluxmada artım müşahidə olunur.
Qadağalar 1 aylıqdır və 31 iyulda qərarın saxlanıb saxlanılmamasına yenidən baxılacaq.