Yunanıstanda mağazalarda koronavirusu aşkar edən self testlər satışa buraxıla bilər.
APress.az xəbər verir ki, yunan hökuməti self testlərin mağazalarda yerləşməsini təşkil etmək niyyətindədir. Testləri şəxsiyyəti təsdiq edən sənədlə, mağazada xüsusi ayrılmış yerdən almaq olacaq.
Qeyd edək ki, yunan hökuməti xəstəliyin yayılmasını azaltmaq üçün peyvəndlənmədən əlavə əhali üçün koronavirusu aşkar edən testləri apteklərdə, mağazalarda yerləşdirir, qabaqlayıcı tədbirlər görür.