Bu platformada 500 milyon istifadəçisinin məlumatı satışa çıxarılıbbackend
Dünya
266

Bu platformada 500 milyon istifadəçisinin məlumatı satışa çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakerlər “LinkedIn” sosial şəbəkəsinin 500 milyon istifadəçisinin məlumatını satışa çıxarıblar. Şirkətin nümayəndəsi məlumat itkisinin qeydə alınmadığını, internetdə yerləşdirilmiş məlumatların açıq girişdə olduğunu bildirib.

Unikal.org  xəbər verir ki, “CyberNews” saytı haker saytında məlumatların satışı haqqında təklif aşkar edib. Satışa çıxarılmış arxivdə istifadəçi ID-si, adlar, poçt ünvanları, telefon nömrələri və başqa sosial şəbəkələrə linklər yerləşdirilib. Arxiv hərracda 4 rəqəmli məbləğə satılıb.

 

Şirkətdən məlumat verilib ki, məlumat itkisi olmayıb, hakerlər açıq girişdə olan informasiyadan istifadə ediblər.