Bu həftə şənbə və bazar günləri ictimai nəqliyyat və metronun fəaliyyəti ilə bağlı qərar açıqlanıb.
“Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyindən (BNA)bildirilib ki, iyulun 3-ü həm ictimai nəqliyyat, həm də metro fəaliyyət göstərəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. // BAKU.WS