Bu şəxslərə “Sputnik V” vaksinini vurmaq olmaz – Siyahıbackend
Cəmiyyət
311

Bu şəxslərə “Sputnik V” vaksinini vurmaq olmaz – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ürək-damar xəstəliklərindən, bronxial astmadan, hepatit C-dən əziyyət çəkənlər, remissiyada olan onkoloji xəstələr koronavirus əleyhinə “Sputnik V” ilə vaksinasiya oluna bilərlər.

APress.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Qamaley adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qinsburq bildirib.
O deyib ki, əgər bu xəstəliklər kəskin mərhələdədirsə, peyvəndləmə əks-göstərişdir.

“Patoloji kardioxəstələr ilk növbədə peyvədlənməlidirlər. Çünki yoluxduqları təqdirdə onlar və şəkərli diabet xəstələri ilk risk qrupundadırlar. Kardioloqun yanına getməyə ehtiyac yoxdur, dərhal vaksinasiya olunmaq lazımdır” – Qinsburq vurğulayıb.

O qeyd edib ki, bronxial astma və hepatit C xəstələrinin peyvənddən kənarlaşdırılması üçün əsas yoxdur.
Qinsburq remissiya mərhələsində olan və kimyəvi terapiya görməyən xəstələrin də vaksinasiya oluna biləcəyini söyləyib: “Düşünmürəm ki, onkoloji xəstəlik peyvəndləmə üçün əks-göstərişdir, amma onkoloji xəstə sitostatik şəklində kimyəvi terapiya alırsa, peyvəndləmə nəticəsində xəstəyə pis bir şey etməyəcəksiniz, amma istədiyimiz effektə, ilk növbədə antitellərin meydana gəlməsinə nail ola bilməyəcəyik”.