Bu spreylər koronavirusa yoluxma riskini xeyli azaldır – Alimlər AÇIQLADIbackend
Dünya
261

Bu spreylər koronavirusa yoluxma riskini xeyli azaldır – Alimlər AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elm adamları COVİD-19-la bağlı yeni araşdırma aparıb.
APress.az bildirir ki, sinqapurlu alimlərin araşdırmasına görə, malyariyanın müalicəsində istifadə edilən dərman və antiseptik boğaz spreyi koronavirusun yayılma təsirini azaldır.
Ötən il mayında başlayan tədqiqatlarda 3 mindən çox şəxs (21-60 yaşlarında)  iştirak edib. 6 həftə boyunca karantinə alınan şəxslərə  “Povidon” adlı boğaz spreyi (spirt) və “hidroksixlorokin” adlı dərman (antimalyariyal dərmanı) verilib.
Nəticədə alimlərin sözlərinə görə, “Povidon”  spreyi yoluxma riskini yüzdə 24, “hidroksixlorokin” isə yüzdə 21 faizə qədər azaldıb.
Mütəxəssislər bu cür qabaqlayıcı tədbirlərdən gəmilər, həbsxanalar və qaçqın düşərgələri kimi virusun yoluxma təhlükəsinin çox olduğu yerlərdə istifadə edilə biləcəyini vurğulayıb.
Sfera.az