Bu tarixdən karantin rejimi yenidən SƏRTLƏŞDİRİLƏ BİLƏR – AÇIQLAMAbackend
Cəmiyyət
308

Bu tarixdən karantin rejimi yenidən SƏRTLƏŞDİRİLƏ BİLƏR – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı artıq 1500 nəfərə yaxınlaşır. Bu xəstəlikdən ölənlərin sayı da günbəgün artmaqda davam edir.Bu da təbii ki, bayramdan sonra karantin rejiminin yenidən sərtləşməsi ilə bağlı fikirlər yaradır. Gələn həftədən karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, hazırda dünyada epidemioloji vəziyyətin pisləşməsi müşahidə olunur: “Xəstəliyin çox sürətli yayılma dinamikası var. Bu Britaniya və daha yoluxucu mutasion ştama bağlıdır. Azərbaycanda da yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Xəstəxanalardakı xəstələrin vəziyyəti ağırdır. Bütün bunlar narahatlığa səbəb olur. Ölüm sayı artıq 20-yə yaxınlaşır. Uşaqlarda artıq kliniki əlamətlər müşahidə olunmaqdadır. Böyüklərdə xəstəlik kifayət qədər ağır keçir. Yüngül keçirənlər də ağırlaşmaya meyillidir. İnsanlarımızdan əsas tələb odur ki, karantin qaydalarına əməl etsinlər. Yəqin ki, yoluxma sayı artmaqda davam edərsə yenidən müəyyən sərtləşmələrə gedilə bilər. Bayramdan sonra bəzi sərtləşmələrə hazır olmalıyıq. Epidemioloji vəziyyətin pisləşməsi və gərginləşməsi karantin rejiminin sərtləşməsinə səbəb ola bilər”.