Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, martın 28-də 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib. Yoluxmaların sayının kəskin artması yenidən “sms icazə” sisteminin və “evdə qal” karantin rejiminin bərpa edilməsinə səbəb ola bilərmi?
APress.az xəbər verir ki, bununla bağlı sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, son günlər ölüm hallarının çox olması reanimasiyada olan xəstələrin sayının da artması əlaqədardır:
“Çünki Britaniya ştammına da yoluxanlar var. Reanimasiyada olan xəstələrin də sayı artmaqdadır. Hansı sərtləşmələrin olması Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Çünki karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Yoluxma və ölüm sayının artması bu dinamika ilə davam edərsə “evdə qal” karantini və “sms icazə” sisteminin geri qayıtması qaçılmaz olacaq. Bu gün və ya bu həftə ərzində “sms icazə” sisteminin yenidən tətbiq edilməsi ilə bağlı qərar qəbul edilə bilər”.