Argentina prezidenti Alberto Fernandez şəxsiyyət vəsiqələri ilə bağlı maraqlı addım atıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, buunla bağlı fərman imzalayıb. Belə ki, bundan sonra pasportlarda vətəndaşın cinsiyyəti göstərilməyəcək. Bununla da Argentina Latın Amerikasında sənədlərdə cinsiyyəti gizli saxlayan ilk ölkə olub.
Belə ki, pasportun “cinsiyyəti” bölümündə yalnız “K” və ya “Q” deyil, “X” işarəsi də olacaq. Bildirilir ki, burada məqsəd özünü kişi və ya qadın kimi qəbul etməyən insanlar üçün gender şəxsiyyəti hüquqlarını təmin etməkdir.