ABŞ-ın Qərbi Virciniya ştatında COVİD-19 əleyhinə vaksinlə bağlı inanılmaz addım atılıb.
APress.az bildirir ki, yeni qərara əsasən, 16-35 yaş aralığında peyvənd vurduran şəxslərə 100 dollar veriləcək.
Bununla bağlı Qərbi Virciniya ştatının qubernatoru Cim Castis qeyd edib ki, əhalinin 40 faizi vaksin vurdurmaqdan çəkinir:
“1,5 milyon vətəndaşın təxminən 52 faizi peyvəndin birinci dozasını vurdursa da, qalanları tərəddüd edirlər. Onları motivasiya edə biləcək yol axtarırıq”.
Məlumata görə, 100 dollarlıq ödənişlər ABŞ prezidenti Co Baydenin yeni təsdiqlədiyi 1.9 trilyon dollarlıq yardım paketindən ödəniləcək.
Sfera.az