Çimərlik mövsümünün başlanmasına bir neçə ay qalıb. Bu yay koronavirusla bağlı çimərliklərdə hansı qaydalar tətbiq olunacaq?
Milli.Az xəbər verir ki, Bakı şəhər İH -dən lent.az-a verilən məlumata görə bununla bağlı hələki heç bir məlumat yoxdu:
“Çimərliklərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik”.
Məlum olduğu kimi ötən yay koronavirusla bağlı çimərlikdlərdə məhdudiyyətlər tətbiq olunmuşdu.
Qeyd edək ki, ötən il çimərlik mövsümü iyunun 16-da açılmışdı. Karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi profilaktik tədbirlər həyata keçirilərək, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitariya qovşaqları quraşdırılmışdı, Xüsusi iplər çəkilərək vətəndaşların ara məsafəsini gözləmələri tələb olunurdu.