“Bu yerlərdə çimməyə qadağa qoyulsun” – Açıqlamabackend
Cəmiyyət
379

“Bu yerlərdə çimməyə qadağa qoyulsun” – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Yay gələndən demək olar ki, hər gün çimərlikdə boğulma halları ilə bağlı xəbərlər eşidirik”.
Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O bildirib ki, bəzi şəxslər süni su hövzələrinə, su anbarlarına, çaylara, kanallara və göllərə gedərək orada çimsələr də, bunun təhlükəli olduğunu bilmirlər:
“Yaxud, bilərək özlərini təhlükəyə atırlar. İnsanların süni su hövzələrində , su anbarlarında , kanalda , çaylarda  və göllərdə çimməsi sonda bədbəxt hadisələrə səbəb ola bilər. Həmin yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. O gölün dibində konserv qabı , kəsilmiş şüşə parçası, sınıq butulka və s. bunun kimi deşici əşyaların olması istisna deyil və bunların insana nə qədər ağır xəsarət yetirəcəyini düşünmək çətin deyil.

Eyni zamanda göldə suyun dibinin lil olması , bataqlıq yaratması , ora düşən insanın çıxmaq şansını azaldır. Lilə batan insan çıxmağa çalışdıqca daha da dərinə düşür. Suda təhlükə yaradacaq əqrəb, ilan və digər zərərverici canlıların olması da mümkündür. Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfədən artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını təhlükəyə atırlar”.

Müsahibimiz qeyd edib ki, bu kimi halların qarşısının alınması yaxud yaşanmaması üçün müəyyən tədbirlər görülməlidir:

“Bununla bağlı qanun layihəsi olarsa, cavabdeh qurumların məsuliyyəti təsbit edilərsə, çimərliyi işlədən fiziki yaxud hüquqi şəxslər, balansında olduğu icra sturukturları bu işə ciddi yanaşar. Həmçinin süni su hövzələrindən , kanaldan və göllərdən çimərlik kimi istifadə edənlərlə bağlı  da qanun layihəsinin hazırlanması daha məqsədəuyğun olardı. Yaxşı olar ki, insanların əsasən daha çox üz tutduğu yerlərdə təhlükəsizlik tədbirləri görülməklə çimməsinə icazə verilsin. Yox əgər təhlükə riski olan yerlərdə insanlar çimirsə, orada insanların çimməsinə qadağan qoyulsun, ərazi nəzarətə götürülsün, məlumat lövhələri vurulusun”.